“Netflix” sürətləndirilmiş baxış funksiyasını sınaqdan keçirir

“Netflix” serial və kinolar üçün sürətləndirilmiş baxış funksiyasını sınaqdan keçirir.

Yenicag.az ICTnews-a istinadən xəbər verir ki, “Netflix” telekanalı smartfonlar üçün yeni funksiyanı (film və seriallarda baxış sürətini dəyişdirmək imkanı) sınaqdan keçirir. Eyni funksiya bir çox populyar pleyerlərdə reallaşdırılıb.

Qeyd olunur ki, şirkətin planları rejissorların hiddətinə səbəb olub, çünki belə yanaşma, onların fikrinə görə, incəsənəti məhv edəcək.

“Netflix” şirkətinin nümayəndələri əmin ediblər ki, sözügedən funksiya yoxlama mərhələsindədir və ola bilər ki, tətbiq edilməsin. Tətbiq edildiyi halda isə dəyişikliklər yalnız mobil qurğulara aid ediləcək.