!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Netflix"dəki serialda Azərbaycan DETALI: İngilis kəşfiyyatını Bakı ilə nə bağlayır? - VİDEO

!Reklam – Yazi

“Netflix”in yeni serialı “Treason”da (Xəyanət) Azərbaycanla bağlı məqamlar diqqət çəkib.

Yenicag.az xəbər verir ki, 26 dekabrda təqdim olunan serialda Azərbaycanla bağlı görüntülərə yer verilib.

Adam Laurens adlı casus və onun başına gələnlərdən bəhs edən serialda 12 fevral 2007-ci ilə aid Bakıyla bağlı sənədləri əks etdirən fraqment yer alıb. Serialda ingilis kəşfiyyatından bəhs edilir və yeni direktorun ilk iş yeri Bakı şəhəri göstərilib. Onun rus kəşfiyyatına işləyən qızla sevgili olması maraqlı məqamlardan biridir.

Qeyd edək ki, filmdə Adam Lourens rolunda Çarli Koks, Oona Çaplin Maddi de Kosta, Olqa Kurilenko Kara rolunda çıxış edir.

“Xəyanət” filminin çəkilişləri avqust ayında başa çatıb.

 

www.yenicag.az

3065
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv