Ötən ilin son rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 7,9 milyard dollara çatıb.
Yenicag.az “Haberturk”ə istindən bildirir ki, bu barədə “Netflix” 2022-ci ilin dördüncü rübü üçün balans hesabatını açıqlayıb.
Hesabata əsasən, platformanın abunəçilərinin sayı 2022-ci ildə 8,9 milyon artaraq 230,8 milyona çatıb. Şirkətin xalis mənfəəti isə ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 91 faiz azalaraq 55 milyon dollara düşüb.
Gülşən