Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Netflix”in bu addımı “La Casa de Papel” heyranlarını ŞOK ETDİ

“Netflix” platforması üzərindən yayımlanan və geniş izləyici kütləsi olan “La Casa de Papel” serialı ilə bağlı hər kəsi təəccübləndirən addım atılıb.

Yenicag.az xəbər verir ki, serialın ilk bölümünü yayımlayan “Netflix” sosial şəbəkələrdə “spoiler”ların yayılmasının qarşısını almaq üçün serial heyranı olan 100 nəfəri Madridə dəvət edib.

Madridə gedəcəklərini zənn edən 100 nəfər təyyarəyə mindikdən sonra vəziyyətin tamamilə fərqli olduğunu görüblər.

Belə ki, təyyarədə “Professor”un anons verdiyini eşidən şəxslər təəccübləniblər. “Netflix” serial heyranlarına “La Casa de Papel”in yeni bölümlərini izlədib, təyyarə 5 saat havada qalıb.

Telefonlar uçuş rejimində olduğu üçün izləyicilər sosial mediada heç bir paylaşım edə bilməyiblər.

www.yenicag.az

156
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100