“Netflix”in işində problem yarandı

ABŞ-də “Netflix” video axını xidmətində nasazlıqlar yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə Downdetector portalının səhifəsində bildirilib.

Məlumata əsasən, istifadəçilərin 43 faizi saytın işində problemlər barədə bildirib, 34 faiz video izləməkdə çətinlik çəkib və 22 faizi tətbiqin işində fasilələri qeyd ediblər.