Nəticələr bəlli oldu

2cc742c751db4994f49d90e44bd5bae6İyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələri elan olunub.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, abituriyentlər öz imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.