!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Nəticələr yaxşı olmasa da, oyunlardan razı qaldım” - Qurban Qurbanov

!Reklam – Yazi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə toplanışı çərçivəsində bu gün Makedoniyanın “Şkupi” (0:0) və Ukraynanın “Maiupol” (2:3) klublarına qarşı keçirdikləri yoxlama oyunlarını şərh edib.

Yenicag.az xəbər verir ki, bəzi səhvlərə yol verildiyini deyən təcrübəli mütəxəssis bunların qaçılmaz olduğunu söyləyib:

“Ümumi götürdükdə, bugünkü qarşılaşmalarda nəticələr yaxşı olmasa da, oyunlardan razı qaldım. Əvvəlcədən də, meydanda olan futbolçuların 90 dəqiqə oynamasını planlaşdırmışdıq və buna da çalışdıq. Hər iki oyunda nəzarəti əldə saxlamağa çalışdıq, bəzi texniki səhvlər oldu. İndi hazırlığın elə mərhələsindəyik ki, belə səhvlərin olması qaçılmazdı. Son mərhələdə futbolçular üzərində olan yük nisbətən azalacaq və daha çox son zərbələrin dəqiq yerinə yetirilməsi üzərində çalışacağıq”.

www.yenicag.az

1258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv