!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Nəticəni qənaətbəxş saymaq olar” - Qurban Qurbanov

!Reklam – Yazi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Kukesi”yə qarşı səfərdə keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Ağır oyun oldu, futbolçular çox güc sərf etdi. Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idi, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar. Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.

www.yenicag.az

1438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv