!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəvəsinə içki içirtdi - KÖRPƏ ÖLDÜ

!Reklam – Yazi

Çinin paytaxtı Pekin şəhərində bədbəxt hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, yeni doğulmuş nəvəsinə içki verən baba onun həyatına son qoyub.

Qohumlar və dostlar yeni doğulmuş körpənin 1 aylığını qeyd etmək üçün bir süfrə arxasına yığışıb. Uşağın babası badə qaldırıb sağlıq deməyə başlayıb. Həmin vaxt qonaqlardan biri zarafat edərək deyib ki, baba alkoqollu içkini nəvəsiz içə bilməz. Baba nəvəsinə alkoqoldan bir az daddırıb. Bunu görən ana dərhal uşağı qucağına alıb.

Halı pisləşən balacanın yarım saatdan sonra nəfəsi kəsilib. Uşaq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Həkimlər körpənin ölümünə səbəb sipirtli içkinin oluğunu deyiblər. Bundan başqa bildiriblər ki, körpələrdə alkoqol mərkəzi sinir sisteminə böyüklərə nisbətən daha sürətli təsir edir. Körpə ana südü ilə qidalandığına görə daha tez müddətdə ölüm baş verib.

Həkimlərin sözlərinə görə ümumiyyətlə süd verən ana spirtli içkidən uzaq durmalıdır. Əks halda uşaqda zəhərlənmə baş verə bilər.

www.yenicag.az

8138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv