Bakının Səbail rayonunda qanlı hadisə baş verib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Əlibəyov qardaşlar küşəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, 58 yaşlı Əzimov Əli Rəfael oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyata götürülüb. Əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olan Əli Əzimovu polis dindirib. O, ifadəsində bildirib ki, evində nəvəsi üçün kiçik toy mərasimi təşkil edib. Evdə olan qonaqlar üçün soyuducuda olan buzu bölən zaman bıçaq təsadüfən ona dəyib.
Lakin araşdırmalar zamanı zərərçəkənin düzgün ifadə vermədiyi məlum olub. Belə ki, həkimlərin rəyinə əsasən Əli Əzimovda daxilə nüfuz edən iki bıçaq xəsarəti olub. Bu xəsarətlərdə ehtiyyatsızlıq nəticəsində alına bilməzdi. Hazırda Səbail polisi şənlikdə iştirak edən digər şəxsləri şahid qismində dindirir. Hadisənin baş vermə səbəbləri də araşdırmaların sonunda bəlli olacaq.
Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.