!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəvəsinin ölümcül yaraladığı türklərdən sabiq Qaçqınkom şefinə qarşı AĞIR İTTİHAMLAR - VİDEO

!Reklam – Yazi

14:46

Azərbaycan baş nazirinin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi ağır qəzada xəsarət alan Türkiyə vətəndaşları çıxılmaz vəziyyətdə qalıblar.

Yenicag.az xəbər verir ki, sabiq “Qaçqınkom” sədri qəzadan ağır xəsarət alaraq qurtulan Muttalib Tekiş və Songül Tekişin müalicəsinin xərclərini öz üzərinə götürməkdən boyun qaçırıb.

Bu barədə Mutallib Tekişin qardaşı İdris Tekiş məlumat verib. Onun sözlərinə görə, hadisədən sonra Əli Həsənov və Nailin atası Elman Allahverdiyev yaralananların bütün xərclərini üzərlərinə götürməyə söz veriblər. Lakin bir müddət sonra bu yardım dayanıb. Türkiyə vətəndaşlarına “istəyirsiz, məhkəməyə verin, artıq yardım edilməyəcək” deyilib.

İdris Tekişin sözlərinə görə, əgər yardımlar davam etməsə, ailə üzvləri ayağa qalxa bilməyəcəklər.

Qeyd edək ki, Əli Həsənovun nəvəsi 2017-ci il avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobili ilə yol qəzası törədib. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Həbs olunan Nail Allahverdiyev isə bir müddət sonra azadlığa buraxılıb.

www.yenicag.az

3312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv