Nəvəsinin toyuna gedən nənənin başına iş gəldi

Balakən rayonunda qadını avtomobil vurub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Balakən şəhərindəki şadlıq evlərindən birinin qarşısında baş verib.

Belə ki, dekabrın 19-da axşam saatlarında qız nəvəsinin toyuna gedən nənəni naməlum avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

COP29