Nevşəhərdə Türkiyə-Azərbaycan Qardaşlıq Abidəsi ucaldıldı – VİDEO

Türkiyənin Nevşəhər şəhərində Türkiyə-Azərbaycan Qardaşlıq Abidəsi ucaldılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “TRT Azərbaycan” məlumat yayıb.

Şəfa Köprülü Qovşağında yerləşən abidənin hündürlüyü 6 metrdir.

Abidənin bir tərəfində ay-ulduzlu Türkiyə bayrağı, digər tərəfində isə Azərbaycan bayrağı daş üstündə işlənilib.