Türkiyənin Nevşehir vilayətində 15 ev su altında qalıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin zərərindən daha çox, hadisə baş verməsi nəticəsində aşkarlanan tapıntı böyük səs-küy yaradıb.
Belə ki, su basmış evlər təmizləndikdən sonra əraziyə baxış keçirən xilasedicilər təxminən 5 min illik tarixi olan yeraltı şəhər aşkarlayıb.
Yeraltı şəhərdə yaşayış üçün otaqlar, tünellər və ibadət yerlərinin olduğu bildirilib.