Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

New York Times: ABŞ İraqı İrana təslim etdi

ABŞ-ın 14 il əvvəl demokratik Orta Şərq yaratmaq üçün zəbt etdiyi İraqa İran hakim oldu.

Yenicag.az xəbər verir ki, belə bir təhlili The New York Times qəzeti dərc edib. Qəzetdə ABŞ-ın İraqı təslim etdikdən sonra İranın bu ölkəyə hökm etdiyi qeyd olunub.

Qəzet yazıb ki, 14 il əvvəl İraqı işğal edə bilmək üçün 4500 əsgərini qurban verən ABŞ bu yolda 1 trilyon dollardan çox vəsait sərf edib. Lakin İraqla bağlı İranın tam fərqli planları var.

Qəzetin təqdim etdiyi təhlildə bu ifadələr yer alıb:

“ABŞ 14 il əvvəl Səddam Hüseyni devirmək üçün zəbt etdiyi İraqı üzü qərbə doğru, demokratik bir Orta Şərq yaratmaq üçün məhək daşı kimi görürdü. Bu məqsədlə çox qan axıtdı, çox sərvət sərf etdi: 4500 amerikalı əsgər öldü, 1 trilyondan çox pul xərcləndi.

İlk gündən bəri İran İraqa fərqli bir şans verdi: 1980-ci illərdə amansızcasına döyüşdüyü İraqı asılı bir dövlətə çevirmək şansı. Əgər bu müharibə İran üçün uğurlu olsa, İraq bir daha qətiyyən təhdidə əl atmayacaq, bölgədə İranın təsirini artırmaq üçün bir vasitəçi kimi çıxış edəcəkdi.

Bu mübarizədə İran qazandı, ABŞ məğlub oldu”.

Ötən 3 il ərzində ABŞ-ın İraqda İŞİD-lə müharibə apardığını yazan qəzet 5 mindən artıq əsgərin ölkəyə geri dönərək, qruplaşmanı Mosuldan təmizləmək üçün kömək etdiyini qeyd edib:

“Lakin İran heç vaxt vəzifəsini unutmadı: İraqa elə bir formada hakim olmalıdır ki, qonşusu hərbi cəhətdən ona bir daha təhdid yarada bilməsin. İkincisi, Tehrandan Aralıq dənizinə qədər dəhlizə nəzarət etmək üçün İraqdan istifadə etsin”.

Bundan əlavə qəzet yazıb ki, İraq İranın “genişlənmə layihəsinin” sadəcə bir qismini təşkil edir. Belə ki, İran Liviya, Suriya, Yəmən, Əfqanıstan və bölgə boyunca təsirini genişləndirmək üçün həm sərt, həm də yumşaq güc tətbiq edir.

Yenicag.az

www.yenicag.az

427
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM