“HƏMAS-ı İran yox, İsrail silahlandırır”.
Yenicag.az xəbər verir ki, bunu “New York Times” mənbələrə istinadən yazıb. Bildirilir ki, HƏMAS-a silahları İran yox, İsrail verir.
“İsrail ordusu və kəşfiyyat mənbələri belə nəticəyə gəliblər ki, HƏMAS-ın 7 oktyabr hücumlarında və Qəzza müharibəsində istifadə etdiyi silahların çoxu gözlənilməz bir mənbədən gəlib: İsrail ordusunun özündən!”, – nəşr qeyd edib.
Məlumatlara əsasən HƏMAS İsrailin Qəzzaya atdığı, lakin partlamayan minlərlə sursatdan istifadə edib.
HƏMAS həmçinin öz döyüşçülərini İsrail hərbi bazalarından oğurlanmış silahlarla silahlandırıb.
Xuraman Etibarlı