News24.az saytının 3 yaşı tamam olur

News24.az saytının 3 yaşı tamam olur.

2018-ci ilin bu günündə fəaliyyətə başlayan internet resursu ötən müddət ərzində ölkənin tanınan saytlarından birinə çevrilib.

Peşəkar yaradıcı komandanın ərsəyə gətirdiyi, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan News24.az 3 il ərzində geniş oxucu auditoriyası toplamağı bacarıb.

Bu müddət ərzində həm dövlət qurumları, həm də qeyri- hökümət təşkilatları ilə geniş əməkdaşlıq quran portal izləyicilərini hər gün ölkədə və xaricdə baş verən mühüm hadisələrdən operativ şəkildə xəbərdar edir.

Eləcə də, yarandığı vaxtdan bu günədək müxtəlif sosial və mədəniyyət layihələri həyata keçirib və bir sıra önəmli tədbirlərə informasiya dəstəyi verib.

Yenicag.az kollektivi News24.az-da çalışan həmkarlarını təbrik edir, onlara işlərində uğurlar arzulayır!