Qulaq seyvanında istənilən diskomfort onun yanmasına, yəni istiləşib qızarmasına səbəb olur.
El arasında deyirlər ki, əgər sol qulağın yanırsa deməli qeybətini edirlər, sağ qulağındırsa xoş sözün danışılır. Bir də qulaqlar həyəcanlananda, yalan danışanda, stess zamanı qızarır.
Tibb mütəxissisləri isə deyir ki, yanan qulaqların şayiələrə, qeybətə dəxli yoxdur. Qulaq da orqanizmə bağlı bir orqandır və onun yanması, qızarması, qaşınması ciddi xəstəliklərdən xəbər verə bilər.
Yenicag.az qulaqların yanıb qızarmasının 7 səbəbini təqdim edir.
1.Beyin zehni işdən yüklənib, çox işləyir
Ağır, uzun zehni iş zamanı beyinə daha çox oksigen, qan lazım olur. Başa qan axını zamanı da qulaqlarda istilik hiss olunur.
2.Neqativ hisslər
İstənilən stress, qorxu, həyəcan ürəkdə döyünməni artırır. Ürək fövqəladə vəziyyətdə işləməyə başlayır, bu zaman qan sürətlə başa qovulur, ona görə qulaqlar da qızarır.
3.Qorxu
Qorxu zamanı qanda adrenalin yüksəlir, orqanizm buna yüksək təzyiqlə cavab verir, nəticədə dəri səthi qızarır. Qulaqlar da açıqda olduğu üçün dərisi yanırmış kimi qızarır.
4.Fiziki yük
İstənilən normadan artıq fiziki yük, iş qan dövranını aktivləşdirir, ona görə qulaqların qızarması qaçılmazdır.
5.Hormonal disbalans
Əgər qulaqlar, xüsusən qadınlarda uzun müddət qızarırsa, istilənirsə o zaman hormonal disbalansdan şübhələnib endokrinoloqa getmək lazımdır. Bu hal gənc qızlarda və 45 yaşından sonra qadınlarda daha çox rast gəlinir.
6.İnfeksiyalar
Qulağın orta və daxili hissəsinin müxtəlif infeksiyaları zamanı qulaqda istilik, qızarma, qaşıntı, eşitmədə zəiflik əlamətləri verir.
7. Yüksək təzyiq və insult
Yüksək təzyiqi olan insanların qulaqları qızarır. Bu təzyiq oynayan kimi baş verir. Əgər qulaqların tez-tez qızarırsa, başın ağrıyırsa, deməli, təzyiq yüksəkdir. Mütləq həkimə get. İnsult zamanı da beyinə güclü qan axını olduğundan qulaqlar ilk reaksiya verir. Ona görə təzyiq xəstələri qulaqlarının birdən-birə yanıb qızarmasına diqqətli olmalıdırlar./Medicina/