Neymar ağladı, mətbuat konfransını tərk etdi – VİDEO

Braziliya millisinin ulduz futbolçusu Neymar  Yaponiya ilə keçirilən yoldaşlıq matçından sonra təşkil olunan mətbuat konfransında ağlayıb.

Yenicag.az xəbər verir ki, buna səbəb onun PSJ-nin baş məşqçi Unai Emeri ilə münasibətlərinin pis olması ilə bağlı xəbərlərin yayılmasıdır.

Superstar PSJ-də xoşbəxt olduğunu, baş məşqçisi ilə heç bir problem yaşamadığını bildirib.

Braziliya yığmasının baş məşqçisi Tite də Neymarı tərifləyib. Bu zaman göz yaşlarını saxlaya bilməyən ulduz futbolçu ona təşəkkür edərək, konfrans zalından ayrılıb.

COP29