Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 1 ildən sonra yaşıl meydanlara dönüb.
Yenicag.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının III turunda BƏƏ-nin “Əl-Ayn” kollektivi ilə oyunun 77-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub.
Görüş “Əl-Hilal”ın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədələnmişdi./Qafqazinfo/