Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymar gözyaşlarına hakim ola bilməyib.
Yenicag.az xəbər verir ki, “Caldeirão do Huck” teleşousunun qonağı olan futbolçuya sürpriz etmək üçün onun uşaqlıq otağının bənzəri yaradılıb. Neymarın anası Nadin və bacısı Rafaella da otağın eynisini yaratmaq üçün təşkilatçılara kömək ediblər.
Şou proqramda Neymarın uşaqlıq dostu, atası və sevgilisi də iştirak edib.
Otağına baş çəkərkən futbolçu göz yaşlarını saxlaya bilməyib.