Braziliya millisinin ulduz futbolçusu Neymarla bağlı maraqlı statistika açıqlanıb.
Yenicag.az xəbər verir ki, tez-tez oyunlarda yıxılmağı ilə yadda qalan “sambaçı”nın neçə dəqiqə yerdə qaldığı müəyyənləşib.
Belə ki, PSJ-nin hücumçusu kobudluğa məruz qaldıqdan sonra ümumilikdə 14 dəqiqə yerdə uzanıb. Ona qarşı 23 dəfə kobudluq edilib.
Qeyd edək ki, Neymar ən çox Meksika ilə oyunda (5 dəq, 30 san) yerdə qalıb.