PSJ-nin “Barselona”dan 222 milyon avro qarşılığında transfer etmək istədiyi Neymar gözlənilməz durumla qarşılaşıb.
Yenicag.az xəbər verir ki, futbolçunun atası və meneceri transfer sənədlərini imzalamaq üçün La Liqanın ofisinə gəlib. Lakin, La Liqa buna icazə verməyib. Səbəb kimi transfer məbləğinin yüksək olması və bunun FİFA-nın maliyyə fair-pley qaydalarına zidd olması göstərilib.
İspanlar həmçinin futbolçuya verilən pulun mənbəyinin bəlli olmadığını da əsas gətirərək belə addım atdıqlarını bildiriblər.