Neymardan kobud SƏHV: ÇL finalında iştirak etməyə bilər

Neymar UEFA Çempionlar Liqasında iştirak etməyə bilər.

Yenicag.az xəbər verir ki, ötən gecə baş tutan “Paris Sen-Jermen” – “Leyptsiq” qarşılaşmasından sonra Neymar və rəqib komandanın hücumçusu Marsel Halstenberq formalarını dəyişib.

Çempionlar Liqası başlamazdan əvvəl verilən məlumatlara görə, formalarını dəyişən oyunçular bir oyun cəzası almalı və 12 gün ərzində özünü təcrid etmək məcburiyyətindədirlər. Bu səbəblə Neymarın Çempionlar Liqası finalına buraxılmama riski var.

Qeyd edək ki, PSJ avqustun 23-ü baş tutacaq finalda bu gün keçiriləcək “Lion” (Fransa) – “Bavariya” (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.