Neymarla Kavani əlbəyaxa dava etdilər – 1 milyona görə

Fransanın PSJ klubunun ulduz futbolçuları Neymarla Edinson Kavani əlbəyaxa dava ediblər.

Yenicag.az xəbər verir ki, hadisə “Lion”la oyundan sonra paltardəyişmə otağında baş verib.

Buna isə futbolçuların sözügedən qarşılaşmada təyin olunan penaltini yerinə yetirmək üstündə etdikləri mübahisə səbəb olub. Lakin, komanda yoldaşları braziliyalı ilə uruqvaylı arasında baş verən davanın böyüməsinin qarşısını alıblar.

Qeyd edək ki, mübahisə heç də əbəs yerə deyil. Məsələ burasındadır ki, Kavani çempionatı bombardir kimi bitirəcəyi halda 1 milyon avro əlavə mükafat alacaq.

 

COP29