Reklam: High Technic
hightechnic

Nəzakət Teymurova Əli Mirəliyevi yerində oturtdu: "Ay təlxək, səni..." - QALMAQAL

ARB-nin “Səhər-səhər” verilişində müğənni Əli Mirəliyev xalq artisti Nəzakət Teymurovanın ünvanına kəskin fikirlər səsləndirib. O, xanəndənin həmişə xaric oxuduğunu deyib.

Yenicag.az-a açıqlama verən Ə. Mirəliyev sözünün üstündə durduğunu bildirib:

“Bəli, demişəm və yenə də deyirəm ki, Nəzakət oxuyan deyil, həmişə səsi pərdədən çıxır, xaric oxuyur. Oxuyur e, elə-belə. Daha xalq artisti adı onluq deyil. Mən kişi balasıyam e, dediyim sözün üstündə dururam. Daha bəziləri kimi bu gün bunu edim, sabah danışdığımı danım – belə şeylər mənlik deyil. Kim inciyir, incisin… özü bilər”.

Saytımıza açıqlama verən N.Teymurovanın qarşı tərəfə cavabı sərt olub:

“ Mən Əli Mirəliyev adlı oxuyan tanımıram. Onun nüfuzu hamıya bəllidir. Ay təlxək, səni ortalıqda oynadırlar, yaşından utan. Cavab qaytarsam, onun üçün şərəf olardı. Oxuduğum əsərlər də göz qabağındadır, dəyər verən də verir. Ümumiyyətlə, o adamı ciddi insan kimi qəbul etmirəm”.

Cəvahir

www.yenicag.az

9850