Nəzakət Teymurovanın ƏN BÖYÜK ARZUSU: “Səbirsizliklə gözləyirəm…”

“İşğaldan azad olunmuş torpaqlarımızda sevənlərimi başıma yığıb solo-konsert vermək arzusundayam”.

Yenicag.az-a açıqlama verən sənətçi Xalq artisti Nəzakət Teymurova ən böyük arzusunu dilə gətirərkən belə deyib.

Sənətçi növbəti solo konsertini işğaldan azad olunan Qarabağ torpaqlarında vermək istədiyini bildirib:

“Artıq torpaqlarımız işğaldan azad olunub, əzəli və əbədi torpaqlarımız özümüzə qayıdıb. İnşallah qarabağlı qızı kimi ən böyük arzumdur ki, Ağdamda, Şuşada, Cıdır düzündə, ümumiyyətlə, Qarabağın hər bir güşəsində solo-konsert proqramı ilə çıxış edim. Səbirsizliklə gözləyirəm. Özüm də bununla bağlı əlaqədar qurumlara müraciət edəcəm. Dəvətləri də gözləyirəm”.

Cəvahir