!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəzarət Palatasına daha bir səlahiyyət verildi

!Reklam – Yazi

yoxlamaSığorta tariflərinin tənzimlənməsi işi Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinə baxılıb.

Dəyişiklik layihəsi barədə komitə sədri Eldar İbrahimov məlumat verib.

Onun sözlərinə görə, kənd təsərrüfatında əmlakın sığortasının subyektləri arasında daha bir qurum qoşulub: “Belə ki, sığorta təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsi və onlara nəzarət müəyyən edildiyindən subyektlərin sırasına müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, Maliyyə Bazalarına Nəzarət Palatası da əlavə edilib”.

Bundan başqa, qanunda yer alan 6-cı maddənin 6.2-ci (hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz) və 8.1.2-ci (sığorta tariflərinin maksimum həddini müəyyən etmək) bəndləri də ləğv edilib.

Bildirilib ki, sığorta tariflərinin tənzimlənməsi işinin qeyri-dövlət orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilməsi nəzərdə tutulur. Məqsəd sığorta tariflərinin tənzimlənməsi işində sistemliyi və operativliyi təmin etməkdir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv