Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən, fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.
“ASAN xidmət”dən Yenicag.az-a verilən məlumata görə, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır:
“Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik. Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa, avtomatik olaraq ləğv ediləcək”.