NGBM Çində keçirilən forumda iştirak edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasının ev sahibliyi etdiyi Üçüncü Kəmər və Yol Forumunda iştirak edir.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, Pekində iki gün davam edəcək forumda 130 ölkə və 30 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.

Mərkəzin üzvləri – sabiq prezidentlər – Boris Tadiç (Serbiya), İvo Yosipoviç (Xorvatiya), Mladen İvaniç (Bosniya və Herseqovina), Borut Pahor (Sloveniya), Rosen Plevneliyev (Bolqarıstan), həmsədr İsmayıl Serageldin, BMT Baş Assambleyasının (BA) eks-prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosa, mərkəzin baş katibi ilə qatılaraq müxtəlif panel müzakirələrdə çıxışlar edəcəklər.

Oktyabrın 17-18-də Pekində keçiriləcək konfrans Çin Xalq Respublikası Sədrinin təşəbbüsü ilə yaradılan “Bir kəmər və tol” Təşəbbüsünün (BRI) 10-cu ildönümünü qeyd edir.

Çin 150-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatla “Bir kəmər, bir yol” əməkdaşlıq sənədləri imzalayıb.