İngiltərə FİNALDA

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə üçüncü qol vurulub.

Yenicag.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park”da İngiltərə millisi hesabda önə keçib – 2:1.

90+1-ci dəqiqədə Olli Uotkins adını tabloya yazdırıb.

***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.

Yenicag.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park”da hesab bərabərləşib – 1:1.

İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.

***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.

Yenicag.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park”da “narıncılar” hesabda önə keçib.

7-ci dəqiqədə Xavi Simons dəqiq zərbə müəllifi olub.