Niderland Krallığının Almere şəhərində Mədəni Müxtəliflik Bayramı qeyd edildi – FOTO

Niderland Krallığının Almere şəhərində yerləşən Beynəlxalq Məktəbdə Mədəni Müxtəliflik Bayramı təntənəli şəkildə qeyd edildi.

Almere şəhərində yerləşən Beynəlxalq məktəb, bu həftə Mədəni Müxtəliflik Bayramı böyük coşqu ilə qeyd edildi. Tədbir, müxtəlif millətlərdən olan şagirdlər və müəllimlərinöz mədəniyyətlərini paylaşdığı rəngarəng bir festival kimi təşkil olundu.

Bu tədbirdə ölkəmiz də həmin məktəbdə çalışan Azərbaycanlı müəllimlər Nəzakət Rəhimli və Natella Mehdiyevanin təşəbbüsü və Ana Vətən Avropa Azərbaycanlı Qadınlartəşkilatın rəhbəri Mayisə Ağamirzəyeva, həmin təşkilatın fəal üzvlərindən olan Nərgiz Cəfərovanın dəstəyi ilə təmsil olundu. Tədbirdə Azərbaycan stendinə maraq çox böyük oldu. Tədbirə gələn müxtəlif ölkə vətəndaşlarına ölkəmiz və mədəniyyəti haqqında ətraflı məlumat verildi. Festival zamanı şagirdlər milli rəqslər, musiqi ifaları və ənənəvi geyimlərlə öz ölkələrinin mədəniyyətlərini nümayiş etdirdilər. Bundan əlavə, məktəbin yeməkxanasında müxtəlif xalqların milli yeməkləri təqdim olundu, bu da tədbirin ən maraqlı hissələrindən biri oldu.

Tədbirin təşkilatçısı Jose Zuniga tədbirlə bağlı fikirlərini bölüşərək dedi: “Mədəni müxtəlifliyi qeyd etmək, tələbələrimizə və müəllimlərimizə müxtəlif mədəniyyətləri tanıma və onlara hörmət etmə imkanı verir. Bu cür tədbirlər, tələbələrin dünya görüşünü genişləndirir və onları qlobal vətəndaş olmağa hazırlayır.”

Şagirdlər və valideynlər də tədbirdən məmnun qaldıqlarını bildirdilər.

Bu bayram, məktəbdə mədəni müxtəlifliyin və inklüzivliyin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi.

COP29