!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Niderlandda minalanmış ərazilərlə bağlı bilbordlar yerləşdirilib

!Reklam – Yazi

Niderland Krallığında fəaliyyət göstərən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının bu ölkə üzrə əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə 24 aprel tarixində Krallığın Berneveld şəhərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalanmış torpaqlarımızla bağlı xəritənin Ermənistan tərəfindən hələ də verilməməsinə etiraz əlaməti olaraq bilbord yerləşdirilib.

Bu barədə Yenicag.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin məlumat verilib.

Bilbordlarda “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik”, “İnsan ölümlərinə son qoyulsun”, “Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”, “Ermənistan, müharibə cinayətlərini dayandır”, “Uşaqlar mina qurbanı olmasın” kimi şüarlar yerləşdirilib.

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv