!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nifaq alması”na dönən S-400 raketləri: Tramp daha bir müttəfiqini düşmənə çevirir

!Reklam – Yazi

“ABŞ Hindistanı cəzalandırmaq üçün Kəşmir məsələsini kəskin şəkildə qabarda bilər”.

Kamran Həsənov
Kamran Həsənov

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ABŞ-ın etirazlarına baxmayaraq, Türkiyədən sonra Hindistanın da Rusiyadan S-400 raket kompleksləri almaq niyyətinin doğuracağı nəticələri dəyərləndirən Rusiyalı ekspert, “Tsarqrad” telekanalının siyasi icmalçısı Kamran Həsənov deyib.

Kamran Həsənov hesab edir ki, bu vəziyyətdə ABŞ Hindistana qarşı bütün mümkün təzyiq vasitələrini işə salacaq:

“ABŞ artıq dövlət katibinin dili ilə Hindistanı sanksiyalarla hədələyib. Fikrimcə, ABŞ sanksiyalar tətbiq etdiyi Rusiya Hərbi-Sənaye Kompleksini maliyyələşdirəcək bütün ölkələri cəzalandırmağa çalışacaq. Hindistanın nümunəsində bu “cəza” Kəşmir məsələsi ola bilər – yəni hazırda kürdləri Türkiyəyə qarşı irəli verilməsi kimi. Digər təzyiqlərin isə iqtisadi xarakterlı olacağı gözlənilir. Məsələn, hind mallarının gömrük rüsumları artırıla bilər”.

Ekseprt belə düşünür ki, dünya miqyasında hegemon mövqelərini itirməkdə olan ABŞ bu gedişatı dayandırmaq üçün Rusiyanın ilk növbədə silah bazarında iştirakını azaltmağa çalışır:

“SIPRI-nın hesabatına əsasən, son illərdə Rusiya silah satışına görə ABŞ-la öz arasındakı fərqi xeyli azaltsa da, bu göstəriciyə görə hələ ki ikinci yerdədir. Dünyada silaha tələbat artır, Rusiyanın Hərbi-Sənaye Kompleksi isə modernləşdirilməklə yanaşı, onun istehsal etdiyi silahların effektivliyi Suriya müharibəsində təsdiqləndi.
Rusiyaya silah sifarişi tək İran və Çindən deyil, həm də ABŞ-a loyal mövqedə dayanan Qətər və İraqdan da daxil olur. Silah satışı eyni zamanda hərbi-siyasi əməkdaşlığa və hərbi kontingentin təlimlərinin təşkilinə də yol açır.
Dünyada artıq təşəkkül tapan çoxqütblü sistem ABŞ-ın silah ticarətindəki dominantlığına təhdid yaradır. ABŞ Rusiyanın silah satışını məhdudlaşdırmaqla Kremli böyük gəlirlərdən məhrum etməyi düşünür. Çünki neft və qaz kimi, silah da Rusiya ixracatının əsas elementləri sırasındadır”.

Söhbətləşdi: Qafqaz Ömərov

 

www.yenicag.az

1408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv