!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nigar Camal: “Düşünürsən ki, bundan əvvəl onsuz necə yaşamısan?” - FOTOLAR

!Reklam – Yazi

Müğənni Nigar Camal da övladı məzun olan məşhurlar sırasına qatılıb. Sənətçinin qızı Jasmin məzun olub.

Yenicag.az xəbər verir ki, müğənni Londonda yaşayan və orada təhsilini başa vuran qızının fotolarını paylaşaraq təəssüratını ifadə edib:

“Qızına baxanda düşünürsən ki, bundan əvvəl necə onsuz yaşamısan? Məzun gecəsi”.

Qeyd edək ki, Nigarın iki qızı var, hər iki övladı İngiltərədə yaşayır.

Xatırladaq ki, bu il övladları məzun olan digər məşhurlar da var.

Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dəniz də məzun olanlar sırasındadır. Dəniz sənətçinin yeganə övladıdır.

Aparıcı Leyla Mustafayevanın da qızı orta məktəbi bitirərək məzun olub.

Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy də məzun olub. Xatırladaq ki, S.Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında koronavirus səbəbindən vəfat edib.

Cəvahir

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv