Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camalın avtomobilinə hücüm olub.
Yenicag.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib.
O, qeyd edib ki, avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib.
Daha sonra avtomobildən enən şəxs müğənninin avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.
Həmin görüntüləri təqdim edirik:
/Oxu.az/