“Paylaşım edən kimi, insanlar çox yazırlar bu, niyə yanağını belə edib?”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Nigar Şabanova “Gün ortası” verilişində deyib.
Sənətçi kompleks yaşadığı üçün simasında ikinci dəfə estetik əməliyyat etdirdiyini bildirib:
“20 gündür üzümdə əməliyyat etdirmişəm. Hər zaman yanağıma görə kompleks keçirmişəm. Paylaşım edən kimi, insanlar çox yazırlar ki, bu, niyə yanağını belə edib? Mən niyə yanağıma müdaxilə edim ki? Bu boyda yanaq kimə lazımdır? Heç vaxt üzümə botoks, iynə – heç nə etməmişəm. Bu, artıq üzümdə etdirdiyim ikinci əməliyyatdır. Həmişə çalışmışam, yanağım kiçilsin. Artıq kiçilib, yaxşıdır, amma yanağımı nə qədər kiçildirəmsə, efirdə bir o qədər də böyük görünür”.
Nehru