Nigeriya ordusu 1,8 min nəfəri “Boko Haram”ın girovluğundan azad edib.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Accosiated Press” məlumat yayıb.
Məlumata görə, əməliyyat dekabrın 15-dən 21-dək davam edib. Ötən həftə Sambis meşə massivində 600 insan girovluqdan xilas olunub.
Son vaxtlar Nigeriya hökuməti ölkənin şimal-şərqindəki Borno ştatında ekstremistlərə qarşı mübarizəni daha da artırıb. Noyabrda Çad gölünün cənub ərazisi silahlılardan təmizlənib. Həmin vaxt 85 nəfər girovluqdan xilas edilib.
Yenicag.az