Nigeriyada 3 terror aktı – 30 ölü, 40 yaralı

Nigeriyada 3 terror aktı törədilib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Təcili Yardım İdarəetmə Agentliyində əməliyyat rəhbəri Osman Kaçalla məlumat verib.

Yerli futbol fanatlarının oyuna baxmaq üçün toplaşdığı salonda üç intiharçı-kamikadze terrorçu tərəfindən törədilən partlayışlar nəticəsində 30 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Üzərindəki partlayıcı işə düşməyən intiharçı qadın terrorçu isə saxlanılıb.