Nigeriyada daşqınlar: 500-ə yaxın insan həlak oldu

Nigeriyanın 27 ştatında baş verən daşqınlar nəticəsində 90 minə yaxın ev su altında qalıb.

Yenicag.az xəbər verir ki, daşqınlar 500-ə yaxın insanın həyatına son qoyub və 1,4 milyon insan evlərini tərk edib.

“Hazırda Nigeriyada son on ilin ən pis daşqınları müşahidə olunur”, – deyə səlahiyyətlilər qeyd ediblər.