Nigeriyada dəfn mərasiminə hücum – 65 nəfər qətlə yetirildi

Nigeriyada dəfn mərasimində 65 nəfər qətlə yetirilib. 

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal-şərq ştatı Bornoda “Boko Haram” terror qruplaşmasının yaraqlıları dəfn mərasiminə hücum edib.

Hücum nəticəsində daha 10 nəfər yaralanıb.