Nigeriyada gəmi faciəsi – 118 nəfər itkin düşdü

Nigeriya sularında sərnişin gəmisi çevrilib.

Yenicag.az xəbər verir ki, hadisəyə gəminin həddən artıq yüklənməsi səbəb olub.

Belə ki, 80 nəfərlik gəminin göyərtəsinə 160 sərnişin qalxıb. Hazırda sərnişinlərdən 22-si sağ olaraq sudan çıxarılıb.

Hadi nəticəsində bir nəfərin ölümü təsdiqlənib.

Faciə qurbanlarının sayının artacağı gözlənilir.