Nigeriyada hava zərbəsi nəticəsində ölənlərin sayı 236 nəfərə çatıb

Yanvarın 17-də Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən Kamerunla sərhəd yaxınlığında yerləşən Renn şəhərindəki qaçqın düşərgəsinə səhvən endirilən zərbə nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla ən azı 236 nəfər həyatını itirib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hökumətə istinadən AFP məlumat yayıb.
“Ölənləri dəfn edən insanlardan mənə 234 nəfərin öldüyü məlum idi. Təzəlikcə daha iki yaralının xəstəxanada dünyasını dəyişdiyi barədə məlumat almışam”, – deyə agentlik faciənin baş verdiyi Kala-Balqe rayonunun rəhbərinin sözlərini sitat gətirir.

Yanvarın 17-də Nigeriya HHQ “Boko Haram” terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı səhvən ölkənin şimal-şərqindəki qaçqın düşərgəsinə zərbə endirib.

Yeniçağ.Az