Nigeriyada iki terror aktı zamanı ölənlərin sayı 86 nəfərə çatıb

Nigeriyada törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, terror aktlarından biri Adamava ştatında baş verib. Burada terrorçu-kamikadze özünü məsciddə partladıb.

Digər kamikadze isə geyim əşyalarının satıldığı bazarda özünü partladıb.