Nigeriyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 2 mindən çox insan didərgin düşüb.
Nigeriya Milli Fövqəladə Hallar İdarəsi Agentliyindən verilən açıqlamada Laqos şəhərinin Eti-Osa bölgəsində baş verən daşqınlar nəticəsində onlarla evin su altında qaldığı, 2 mindən çox insanın isə evlərini tərk etdiyi bildirilib.
Açıqlamada bazar yeri, məktəblər və xəstəxanaların da su altında qaldığı qeyd edilib.
Xatırladaq ki, Nigeriyada 2022-ci ildə güclü yağışların səbəb olduğu daşqınlarda 600-dən çox insan həyatını itirib.
İsmayıl Bakuvi