Nigeriyada qanlı terror – Ölü sayı 43-ə çatdı

Nigeriyanın şimal-qərb bölgəsi naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Yenicag.az xəbər verir ki, Skoto əyalətinin Rukunni, Sage, Jire, Satiru və Kalfu kəndlərinə edilən hücum nəticəsində ölənlərin sayı 43-ə çatıb.

Ətraf bölgələrin əhalisi də təşviş içində evlərini tərk etməyə başlayıb.

Nigeriya hüquq-mühaifzə orqanları faktla bağlı 4 nəfəri həbs edib.