Reklam: High Technic
hightechnic

Nigeriyada səhvən endirilmiş aviazərbə qurbanlarının sayı 230-u keçib

Nigeriya Hərbi-Hava Qüvvələrinin qaçqın düşərgəsinə səhvən endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 236-ya çatıb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, insident yanvarın 17-də “Boko Haram” terror qruplaşmasına qarşı keçirilən hərbi əməliyyat zamanı Kamerunla həmsərhəd Renn şəhərində baş verib.

Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Yeniçağ.Az

www.yenicag.az

92