Nigeriyanın Zamfara və Katsina əyalətlərində baş verən silahlı hücumlarda 42 nəfər həyatını itirib.
Yenicag.az xəbər verir ki, Zamfara əyalətinin polis komissarı Məhəmməd Şehu Dalican bildirib ki, motosikletli təxminən 300 silahlı dəstə üzvü əyalətin Zurmi bölgəsindəki Maqarya kəndinə gələrək atəş açıb.
Dalican qeyd edib ki, hücumda 7-si polis olmaqla 12 nəfər ölüb. Hücumçuların Katsina əyalətinin Dutsinma və Safana kəndlərinə təşkil etdiyi hücumlarda 30 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı, bəzilərinin ağır olduğu, hücumlar nəticəsində kənd sakinlərinin evlərini tərk etdiyi bildirilib.
İsmayıl Bakuvi