!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nigeriyanın Qusau şəhərinə yaraqlılar hücum edib

!Reklam – Yazi

Nigeriyanın şimal-qərbindəki Qusau şəhərində yaraqlıların hücumu nəticəsində 16 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Yenicag.az xəbər verir ki, hücumun baş verdiyi Zamfara ştatı administrasiyasının mətbuat katibi Yusuf İdris insanların öldüyünü təsdiqləyib.

Onun sözlərinə görə, ştatın qubernatoru hadisə yerinə baş çəkərək ölənlərin yaxınlarına başsağlığı verib.

“Qubernator həmçinin yaralılara daha yaxşı tibbi yardım göstərilməsi üçün onların Kanoma şəhərindəki ümumi xəstəxanadan Qusau Federal Tibb Mərkəzinə köçürülməsinə dair göstəriş verib. Bütün xərcləri ştat rəhbərliyi öz üzərinə götürüb”, – deyə Y.İdris əlavə edib.

www.yenicag.az

1511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv