!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nikah müqaviləsi məcburi bağlansın - Yeni təklif

!Reklam – Yazi

Nikah müqaviləsinin bağlanması məcburi qaydada olmalıdır.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməlidir: “Nikah müqaviləsinin məcburiləşdirilməsi vacibdir. Bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar”.

Deputat deyib ki, Azərbaycanda boşanmaların sayı çoxalıb, bunun səbəbi məsuliyyətin olmamasıdır: “Nikah müqaviləsinin bağlanmasında könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.

Qeyd edək ki, nikah müqaviləsinin məcburiliyi əks cinslərin birgə vətəndaş nikahı ilə yaşamasını qadağan edir.

www.yenicag.az

4051
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv